Aparıcı canlı yayımda dizlərini yerə atıb… – VİDEO

Rusiyanın "Zvyozda" telekanalının aparıcısı canlı yayımda tamaşaçıları və kanal rəhbərliyini təəccübləndirib. Aparıcının bu hərəkətindən sonra işdə qalıb-qalmaması sual altda olduğu üçün kanal rəhbəri açıqlama verməli olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, informasiya proqramının aparıcısı Denis Kaçanov verilişin sonunda öz sevgilisinə evlilik təklif edib.

O, xəbər bülletenin bitirdikdən sonra əlavə bir xəbər də deyəcəyini bildirib. Sonra cibindən qırmızı bir qutu çıxararaq açıb, dizlərin yerə qoyaraq Marqarita Stepanovadan ona ərə gəlməyi xahiş edib.

Məsələyə münasibət gecikməyib, kanalın rəsmi səhifəsinə yerləşdirilən məlumatda hər şeyin qaydasında olduğu yazılıb.

"Marqarita təklifi qəbul edib. Denis efirdən sonra onu evə dəvət edib. Əminəm ki, onları xoşbəxt gələcək gözləyir. Denis istəsə məzuniyyət də götürə bilər" deyə kanalın xəbərlər departamentinin rəhbəri Maksim Dodonov bildirib.

Marqarita təklifi qəbul etdiyini təsdiqləyib: "Ən cəsur, qayğıkeş və sevgi dolu insana ərə gedirəm. Həyatımı dəyişən sevginə görə çox sağ ol".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Aparıcı canlı yayımda dizlərini yerə atıb...

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>