Toyda dava düşdü, qonaqlar xəstəxanalıq oldu

Daşkəsəndə toyda kütləvi dava düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, toy mərasimi zamanı bir neçə qonaq arasında mübahisə yaranıb. Daha sonra bu şəxslər əlbəyaxa olublar. Bu zaman rayon sakinləri – Mübariz Məmmədov və onun iki övladı, Telman və Mahir Məmmədovlar döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb və hər birinə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Məlumata görə, hadisəyə mübahisə edənlərdən birinin sərxoş halda qız tərəfinə söyüş söyməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>