İsa Məsihin ləqəbləri

hdi-Cədiddə Məsihə (ə) bir neçə ləqəb verilmişdir ki, onlarla tanış olaq:

1. Tanrının oğlu. Xristianlar Məsihi (ə) Tanrının oğlu (nəuzubillh!) adlandırırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ləqəbi verməkdə hədəf odur ki, İsa (ə) ilə Tanrı arasında olan səmimi rabitəni bəyan etsinlər. Bundan başqa elan edirlər ki, İsada (ə) Tanrının məxluqundan qeyrisi sakin olmuşdur.

2. İnsan oğlu. Xristianlar Məsihi (ə) insan oğlu adlandırırlar. Bu ləqəb İsanın (ə) özü üçün seçdiyi ən yayılmış ləqəblərdəndir.

3. Tanrı. Həzrət İsa (ə) – nəuzubillah, Tanrı adlandırılmışdır. Bu ləqəb xristianların o əqidəsinə işarə edir ki, İsa (ə) Tanrı ilə bəşər arasında olan vasitəçidir. Bundan başqa, xristianlar onu bu ləqəblə ona görə çağırırlar ki, Qiyamət günü Tanrının sağ tərəfində əyləşib, insanlara hökm verəcəkdir. (İslami saytlara istinadən)

4. Məsih. İsanın (ə) ən çox istifadə olunan ləqəbi – Məsihdir. Məsih, yəni o kəs ki, yağla məs olmuşdur. O xilasediciyə işarə edir ki, yəhudi qövmünün nicatı üçün gəlmişdir.

5. Tanrının bəndəsi. Tanrının bu təvazökar bəndəsi hərbi qələbələr və kobudluqlar yoluna qədəm basmamışdır. Bəlkə itaət və əmanətlə bir yerdə olan həyatı seçmişdir. Günahsız olmasına baxmayaraq, qövmünün günahını çiyinlərinə götürmüşdür. Onlara əziyyətlərə dözərək, nicat verəcəkdir.

Bunlar – xristianların Həzrət Məsihlə (ə) bağlı ləqəblərin xülasəsi idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>