“Google” kollektivinin toplantısı baş tutmadı

"Google" şirkətinin baş direktoru Sundar Piçai bəzi əməkdaşların həyatına təhlükə olması səbəbilə kollektivin ümumi iclasını təxirə salıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, toplantıda mühəndis Ceyms Damorun işdən uzaqlaşdırılmasından sonra sosial-mədəni fərqlilik və söz azadlığı ilə bağlı şirkətdə yaranmış vəziyyət müzakirə olunmalı idi.
 
Xatırladaq ki, C. Damor qadınların bioloji fərqlilik üzündən texnoloji sahədə kişilərdən geri qaldığı barədə hesabat hazırladıqdan sonra şirkətdən kənarlaşdırılıb. Bu fakt bir sıra dairələrin, xüsusən sağçı baxışlara malik insanların etirazına səbəb olub. "WikiLeaks" saytının yaradıcısı Culian Assanj Ceyms Damora iş təklif edib.
 
S. Piçau iclasın təxirə salınması ilə bağlı elektron məktubunda bildirib ki, bəzi əməkdaşların adları müəyyən saytlarda yayılıb və onların təhlükəsizliyinə təhdid yaranıb. O, yaxın günlərdə qeyd olunan mövzu üzrə daxili forumlar təşkil edəcəklərini söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>