Natiqlə Murad arasında qalmaqal – FOTO

ARB TV-nin aparıcısı Natiq Nailəoğlu ilə bəstəkar-müğənni Murad Arif arasında xoşagəlməz mübahisə yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Natiq, sosial şəbəkədə yeni verilişi üçün araşdırma apardığı barədə status yazaraq, şou-biznes əhlini qınayıb:

"Maraqlı bir faktı deyim. Bütün günü efirdən yığışmayan müğənnilərimiz var ki, mahnıları və ya kliplərinin izlənməsi 5-6 milyonu keçmir. Məsələn, Röya Soner Sarıkabadayı ilə klip çəkdirir, duet oxuyur. Baxış sayı 4 milyondur. Aygün Kazımovanın sərvət xərclədiyi "Coffee from Colombia" heç 1 milyon olmayıb. Bəzilərinin ara musiqiçisi adlandırdığı Talıb Tale, Damla, Şəbnəm Tovuzlunun klipi və mahnıları 10 milyonu keçir. Üzeyir Mehdizadəni demirəm hələ… Bilmirsən indi nə düşünəsən, nə nəticəyə gələsən".

M.Arif məsələyə münasibət bildirərək, Natiqin fikirlərinə etiraz edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>