Yevlaxda MARAQLI HADİSƏ: Xəstəxana ağır xəstəni qəbul etmədi – VİDEO

''Yevlax sakini deyilsən'' deyib ağır xəstəni xəstəxana qəbul etməyib.

Milli.Az bildirir ki, yaxınlarının iddiasına görə, hadisə ötən gün axşam saatlarına Yevlax rayonunda olub. Şəki sakini 22 yaşlı Əmrah Əşirli dayısı evinə qonaq gəlib. Bir müddət sonra gənc oğlanın börəyindən kəskin sancı tutub. Qohumları onu dərhal Yevlax rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kadrlardan da göründüyü kimi xəstə ağrı içində qıvrılır. Əlacsız qalan qohumları isə xəstəxananın qarşısında vurnuxurlar.
Çəkilişi edən xəstənin yaxını içəri daxil olduqda isə xəstəxananın əməkdaşları gizlənməyə cəhd edirlər.

Qohumları həkimin ilkin yardımından sonra başqa xəstəxanaya aparacaqlarını desələr də, bir həkim belə xəstəyə yaxın durmayıb.

Xəstəxanadan bildiriblər ki, Əmrah Əşirlini Mingəçevir şəhər xəstəxanasına aparsınlar. Xəstənin dayısı xəstəxanadan təcili yardım maşını istəsədə onlar buna da məhəl qoymayıblar.

Bu səbəbdən kəskin ağrılar içində olan Əmrah Əşirlini qohumları Ağdamın Quzanlı xəstəxanasına aparıblar. Orda ilkin yardım edilib hazırda vəziyyəti normaldır.

Xəstə yaxınlarının dediklərinə inansaq, Yevlax Mərkəzi Xəstəxanasının münasibətindən belə çıxır ki, hər kəs yalnız qeydiyyatda olduğu rayonda xəstələnməlidir. Xəstəxanadan isə yalnız bunu öyrənə bildik ki, Xəstəxana Səhiyyə Nazirliyinin deyil, İcbari Tibbi Sığorta Agentliyin tabeliyindədir. Adı çəkilən qurumdan bildirdilər ki, məsələ ilə bağlı yalnız bazar ertəsi açıqlama verə bilərlər. Halbuki elə bu gün də iş günüdür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yevlaxda MARAQLI HADİSƏ: Xəstəxana ağır xəstəni qəbul etmədi

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>