Əminənin cənazəsini Bakıya gətirmək üçün 15 min dollar tələb olunur?

"Sosial şəbəkələrdə aktrisa Mila Əminənin cənazəsinin Bakıya gətirilməsi üçün 15 min dolların tələb olunması və bu səbəbdən pul yığılması ilə bağlı yayılan xəbərlər yalandır".

Milli.Az bildirir ki, bunu axşam.az-a aktrisanın xalası qızı Rübabə Səfərova deyib. Onun sözlərinə əsasən, cənazənin Bakıya gətirilməməsi Milanın anasının istəyidir:

"Əminənin anası uzun müddətdir ki, Türkiyədə yaşayır. Ona görə qızına yaxın olmaq üçün orada dəfn olunmasını istəyir. Amma qohumlar etiraz edirlər".

R.Səfərova əlavə etdi ki, aktrisa hazırda reanimasiyada aparata qoşuludur. Onun ürəyi işlədiyi üçün həkimlər orqanının bağışlanmasını təklif ediblər. Lakin aktrisanın yaxınları təklifi rədd edib.

Xatırladaq ki, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib. Əminə son olaraq "3 badam, 1 qoz" filmində rol almışdı.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>