“”Jara” festivalı yaddaşlarda iz qoyan incəsənət bayramıdır”

"Jara" festivalı yaddaşlarda iz qoyan incəsənət bayramıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri iyulun 27-dən 30-dək Bakıda – Xəzərin sahilindəki "Sea Breeze" istirahət mərkəzində keçirilən "Jara-2017" Beynəlxalq Festivalına qatılan rusiyalı bloqqer Nataşa Volodina söyləyib.

Paytaxtımızda qonaq olan bloqqer Bakıdan videoçarx da hazırlayıb. Videoçarxda hər gününün yadda qalan olduğunu vurğulayan Nataşa Volodina Bakı haqqında təəssüratlarının yüksək səviyyədə olduğunu qeyd edir.

Qaldığı oteldən, ticarət mətkəzindən, Dənizkənarı Milli Parkdan və ən əsası "Jara" festivalının təşkilatçılığından ağız dolusu danışan bloqqer yenidən ölkəmizə gəlməyi istədiyini bildirir. Gələn il də "Jara"ya dəvət almasını arzuladığını deyən bloqqer bu festivalın möhtəşəmliyi ilə digərlərindən fərqləndiyini vurğulayır.

Nataşa Volodina Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyini xüsusi qeyd edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>