Azərbaycan Beynəlxalq Bankında indi onlayn kredit ödənişlərini ölkəmizin istənilən bank kartı ilə komissiyasız həyata keçirmək mümkündür

İnnovativ xidmət və məhsullara daim böyük önəm verən Azərbaycan Beynəlxalq Bankı müştərilər üçün daha bir imkan yaradıb. Bu banka aylıq kredit ödənişlərini internet səhifəsi üzərindən indi ölkəmizdəki istənilən bankların plastik kartları vasitəsilə də həyata keçirmək olar. Üstəlik, bundan ötrü bankımız tərəfdən heç bir komisyon haqq tutulmur. Onlayn kredit ödənişi bu bölmədə aparılır.

Müştəri burada lazımi əməliyyatları aşağıdakı ardıcıllıqla yerinə yetirir:

20 rəqəmli hesab nömrəsini sistemə daxil edib məlumatların düzgünlüyünü təsdiqləyir;

Ödənişi həyata keçirmək üçün istifadə edəcəyi karta aid məlumatları göstərir;

Ödənişin məbləği, valyuta növü və hesab nömrəsi barədə məlumatları bir daha təsdiqləməklə əməliyyatı tamamlayır.

Mədaxil qəbzi müştərinin istəyi ilə onun elektron poçt ünvanına göndərilə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>