ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi Azərbaycana da təsir edəcək

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox "Qazprom" şirkəti ziyan çəkəcək".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq bunun səbəbini belə izah edib: "Birincisi, ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan "Qazprom" nəhəng layihələrini həm də xarici maliyyə qurumlarından götürdüyü milyardlar hesabına reallaşdırır. Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq. İkincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını köhnə qitəyə satmaqdır. Rusiyanın Avropaya qaz ixracatçısı isə "Qazprom" şirkətidir. Deməli, Rusiyaya qarşı sanksiya elə "Qazprom"a qarşı sanksiya deməkdir.
Ermənistan tamamən "Qazprom" şirkətinin idxalından asılıdır. "Qazprom" isə Amerikanın sanksiyaları ucbatından siyasi səbəblərdən Ermənistana ucuz satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq".

Onun fikrincə, Amerikanın Rusiyaya qarşı sanksiyalarının sərtəşdirməsinin Azərbaycana da müəyyən təsirləri mümkündür: "Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlıların vətənlərindəki qohumlarına göndərdikləri maliyyə azalacaq. İkincisi, kənd təssərrüfatı mallarımızın Rusiyaya ixracatında problemlərin sayı artacaq.

Odur ki, iqtisadiyyatımızın inkişafına və ixrac bazarlarının sürətlə diversifikasiyasına, o cümlədən Rusiya bazarından asılılığımızın azalmasına nail olmalıyıq. Məsələnin siyasi tərəfi də var. Rusiya bazarlarından asılılığımızın azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün təhlükəsizlik baxımından vacibdir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>