Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi təşkil edəcək.
 
Mədəniyyət günlərində "Qafqaz əfsanələri" və "Sarı gəlin" kollektivləri və müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər. 

Tədbirdə rəqs üzrə ustad dərsləri keçiləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>