Lənkəranda DƏHŞƏT: 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar – YENİLƏNİB – VİDEO

21:26

6 günlük qız uşağı öldürülərək 5 metir dərnlikdə olan quyuya atılıb.

Milli.Az bildirir ki, Lənkəran rayonunun Darquba kəndində körpə uşaq Mələk Nurullayevanın meyiti səhər saatlarında ailə üzüvlər tərəfindən həyətdəki su quyusundan tapılıb. Bakı şəhərində yaşayan Nurullayevlər ailəsi dünən yaxın qohumlarıyla birlikdə Mələkin altı axşamını qeyd etmək üçün Lənkərana gəliblər. Hadisə baş verən gecə isə evdə körpənin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayeva və 10-a yaxın digər yaxın qohumlar olublar. Səhər saat 5 radələrində anası tərəfindən yedizdirildikdən sonra yuxuya gedən Mələk iki saatadan sonra yatdığı yerdən yoxa çıxıb.

Yuxdan oyanan anası və evdə olanlar uşağı yerində görmədikdə onu axdarmağa başlayıblar. Mələyi axtaran ailə üzüvləri 6 günlük körpəni üstü taxta və üç böyük daşla bağlı olan su quyusunda tapıblar.

Körpənin öldürülərək quyuya atıldığını görən ailə dərhal Lənkəran şəhər polis şöbəsinə məlumat verib. Hadisə yerinə gələn hüquq mühavizə orqanlarının əməkdaşları quyudan cıxarılımış Mələyin cansız bədənini Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriblər. Onu da qeyd edək ki, öldürülən körpə ailənin ikinci qız uşağı olub və Mələkdən böyüyünün 4 yaşı var.

Beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasını atası istəyib.

Lənkəranda baş verən bu hadisə sosıal şəbəkələrdə də geniş şəkildə müzakirə obyektinə çevrilib..ailədə 4 ildən sonra yenidən qız uşağının doğulmasına görə, belə bir hadisənin baş verdyini iddia edənlərdə olub.

Hadisənin kim vəya kimlər tərəfindən törədildiyi hüquq mühavizə orqanları tərəfindən araşdırılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Lənkəranda DƏHŞƏT: 6 günlük körpəni oğurlayıb su quyusuna atdılar 

———-

16:26

Lənkəranda 6 günlük körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, həyətdəki su quyusuna atılaraq boğulan körpənin bu gün altıaxşam şadlıq məclisi olmalı imiş. Belə ki, ailə üzvləri lənkəranlı olsalar da Bakıda yaşayır. Lənkərana da digər yaxın qoumlarla birlikdə gəliblər. Ümumiyyətlə hadisə baş verən gecə, yəni 29 iyul tarixində evdə öldürülən körpənin atası Nurullayev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nurullayeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nurullayeva və 10-a yaxın digər yaxın qohumlar olub. Anasının yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradır. Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması da ailədə bu qız uşağının dünyaya gəlişinə sevinməyənlərin olduğunu fikirləşməyə əsas verir. Elə bu səbəbdən də artıq bir neçə nəfər ifadəsi alınması üçün sorğuya alınıb.

Bu körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astara rayonundandır.

———-

09:08

Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.

Hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.

Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>