Bərdədə kişi həyat yoldaşını baltaladı

Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Rayonun Heydər Əliyev prospektində baş verib.

Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.
Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>