Daşkəsəndə taksi ər və arvadı vurdu

Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Daşkəsən şəhərində, avtovağzalın yaxınlığında baş verib. Rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2106" markalı avtomobil nasazlığı səbəbindən idarəetmədən çıxaraq yol kənarında dayanan, hələki kimlikləri məlum olmayan ər və arvadı vurub. Nəticədə kişi yüngül qadın isə ağır xəsarət alıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Mübariz adlı taksi sürücüsü isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>