“ÜAK-ın ləğvi siyasi məqsəd güdür”

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə verdiyi qərar siyasi məqsəd güdür".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı təzyiq vasitələrindən biridir.

Deputat hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi həm də Rusiya vətəndaşlarına edilən laqeyd münasibətdir:

"Bu, həm də dövlətlərarası münasibətlərə xələl gətirən məsələdir. ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. Bu, siyasi müstəvidə atılmış addımdır. Azərbaycana qarşı təzyiq yoludur".

F.İbrahimli hesab edir ki, ÜAK-ın ləğvi həm də Rusiyanın daxilində sabitliyin pozulmasına doğru yönələn bir addımdır.

Deputatın fikrincə, əslində, Rusiya tərəfi bu məsələ haqqında daha çox düşünməldir: "Rusiyadakı 2 milyona yaxın azərbaycanlıların marağına zidd olaraq atılan addımlar bu vətəndaşları bu dövlətdən narazı salır. Dövlətin öz vətəndaşlarına belə münasibət göstərməsi təbii ki, ziyanlı addımdır".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>