Avropa Məhkəməsindən Ermənistana ZƏRBƏ

Avropa İnsan Haqları məhkəməsi "Nikoğosyan Ermənistana qarşı" işi üzrə qərar qəbul edib.

Milli.Az azvision.az -a istinadən xəbər verir ki, Robert Nikoğosyan 2011-ci ilin dekabrın 3-də İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında konvensiyanın 34-cü maddəsinin əsasında Ermənistana qarşı şikayət təqdim edib.

Qeyd edək ki, iddiaçı Dövlət Gəlirləri Komitəsinin əməkdaşı olub. 2009-cu ildə işdən azad edilib. İrəvanın Kentron və Nork Maraş inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi onun xeyrinə qərar çıxarıb və işdən çıxma barədə qərarı etibarsız qəbul edib. Göstəriş verilib ki, o əvvəlki vəzifəsinə qaytarılsın və kompensasiyası verilsin. 

Şikayətçi məhkəmənin yekun qərarını həyata keçirmək üçün adekvat addımların atılmamasından, keçmiş vəzifəsinə bərpa olunmamasından və müəyyən edilmiş kompensasiyanın bir hissəsi ödənilməməsindən şikayətlənib. O, xüsusilə 10 milyon 506 min 871 dram miqdarında müvafiq kompensasiyanın ödənilməsini də tələb edib.

Avropa Məhkəməsinin bu gün qəbul etdiyi qərarda qeyd edilib ki, 2009-cu il avqustun 11-də şikayətçinin xeyrinə qəbul edlən hökm 5 ildir tədbiq edilməyib. Ermənistan hakimiyyəti isə bu gecikməyə heç bir səbəb gətirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, Ermənistan hakimiyyəti qərarın həyata keçirilməsi üçün zəruri tədbirlər görməyib və konvensasiyanın maddəsini pozub. 

Nəticədə, Avropa İnsan Haqları Məhkəməsi Ermənistanı dəymiş mənəvi ziyana görə 3.600 avro cərimə ödəməyə məcbur edən qərar çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>