“Müğənnilərin “yuxarılar”ından zəng gəlir ki, bu xəbəri yığışdırın” -

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonaqları, jurnalistlər Şahin Cavadsoy və Türkan Məmmədli olub.

Milli.Az bildirir ki, maraqlı açıqlamalarla çıxış edən jurnalistlər, şou əhlindən ağız dolu danışsalar da, bəzilərinin onlar haqqında yazılan xəbərlərə qarşı çıxdıqlarını da bildiriblər:

Şahin Cavadsoy: "Son həftələr Şəbnəm Tovuzlu medianın gündəmini zəbt elədi. Bir insanın şəxsi həyatına bu qədər müdaxilə etmək olmaz. Burada bir müğənni qaynağı var. Qaynağın müğənni tərəfindən gəldiyi artıq bəllidir. Türkan müğənnilərin ailələrinə qədər gedib çıxır. Məsələn, Şəbnəmin elə uşağının 40 mərasimində bir jurnalist dəvət olunmuşdu, o da Türkan idi. Demək istəyirəm ki, müğənnilərin özəlləri deyilən bir şey yoxdur artıq".

Türkan Məmmədli: "Biz müğənnilərlə elə münasibətə çatmışıq ki, onların haqqında həqiqət yazanda belə inciyirlər. O qədər istəyirlər ki, biz artıq dost olmuşuq, yəni hamısını tanıyırıq. Əslində, bu qədər yaxın olmaq lazım deyil. Çünki oturub fikirləşirsən ki, bu xəbəri eşitdim mən, çox böyük reytinq gətirər, oxucu gətirər. Həqiqət olduğunu dəqiq bilirsən. Amma yaza bilməyirsən. Bilirsən ki, inciyəcəklər. Flankəsin adamı zəng edəcək, flankəsin tanışı zəng edəcək. Onların "yuxarılar"ından zəng edirlər ki, yığışdırın, toxunmayın".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>