Musiqi məktəbində konsert keçirildi – FOTOlar

Mayın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 4 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.

Milli.Az bildirir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. 

İlk öncə ümummilli lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında V.Adıgözəlov "Qarabağ şikəstəsi", S.Ələsgərov "Xəyala dalarkən", A.Gəray "Səfi kürd", İ.Abdullayev "Preludiya", S.Əliyeva "Ana", Lavalye "Kəpənəklər", Rakov "Polka", F.Şopen "Manzurka" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>