Həbib Məmmədlinin solo konserti keçirildi

May 17-də Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbinin tar ixtisası üzrə V sinif şagirdi, gənc istedad Həbib Məmmədlinin (müəllim Azər Allahverdiyev) solo konserti təqdim olunub.

Milli.Az xəbər verir ki, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində keçirilən konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, xalq artisti, professor Ağaverdi Paşayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin şöbə müdiri Cəfər Qafarlı və Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.

Konsertdə H.Məmmədlinin ifasında C.Perqolezi, F.Şubert, J.Bize, A.Dvorjak, P.Çaykovski, S.Rüstəmov, Q.Qarayev, A.Rzayev, S.Ələsgərovun əsərləri, habelə "Şur" muğamı və onun müşayiəti ilə məktəbin xanəndəlik ixtisası üzrə V sinif şagirdi Rəşad Həmidovun ifasında "Güllü qafiyə" əsəri səsləndirilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>