Google Play-də saxtakarlıq azalacaq

Mayın əvvəlində "Google" hesab sahibləri nəticələri indiyədək hiss olunan kütləvi fişinq hücumuna məruz qaldıqdan sonra şirkət servislərin, o cümlədən "Google Play" əlavələr mağazasının fəaliyyəti ilə bağlı həyata keçirilən siyasətdə bir sıra dəyişikliklər edib. ABŞ şirkəti istifadəçiləri maksimum fişinq funksiyalı saxta məhsullardan qorumaq üçün eyniadlı saxta proqramların mövcudluğuna son qoymaq qərarına gəlib. Buna səbəb son fişinq hücumunda təhlükəsizlik sistemində əhəmiyyətli çatışmazlıq kimi qiymətləndirilən "Google" sözündən istifadə olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram tərtibatçıları üçün yeni təlimatda deyilir ki, əlavələrin adları unikal olmalı və artıq dərc edilən proqramların adlarını təkrarlamamalıdır. Həmçinin, əlavələrin dərc edilmə prosesləri, risklərin qiymətləndirilməsi sistemi, istifadəçi funksiyaları yenilənib.

Məlumata görə, "Google"un internet əlavələri üzrə istifadəçi məlumatlarını tələb edən yeni yoxlama mərhələsi tətbiq etməsi nəticəsində bir sıra əlavə tərtibatçıları "Google API Console", "Firebase Console" və ya "Apps Script Editor" vasitəsilə yeni proqram dərc etmək və ya köhnə versiyanı modifikasiya etmək istəyən zaman səhvlə rastlaşa bilər. Bir sıra əlavələrin əllə yoxlanılması prosesi üçün 3-7 gün, bəzi hallarda isə daha az müddət lazım olacaq.

"Google Play" mağazasında həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində təhlükəli və saxta servislərin fəaliyyətinə son qoyulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>