“07″ ilə “Mersedes” toqquşdu -

Qaxın Marsan kəndi ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, Zəyəm kənd sakini 31 yaşlı Kamal Mustafayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Qaxdan Zəyəm kəndi istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn, Bakı sakini 69 yaşlı Məhəmməd Talıbovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Nəticədə "Mercedes" in sürücüsü xəsarət almasa da, "VAZ-2107" nin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Kamal Mustafayevə çənənin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Fakt araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>