“Dedi evdəyəm, gələ bilərsən” -

Türkiyə vətəndaşı Yıldız Süreyyə Ziyan Nərimanov Rayonu Polis İdarəsinin 18-ci polis bölməsinə evindən 500 Amerika Birləşmiş Ştatları dolları, 150 manat və 2 ədəd mobil telefonun oğurlanması barədə ərizə ilə müraciət edib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarışları nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıblar.

Saxlanılan şəxslər hadisə günü, zərərçəkənlə birlikdə onun mənzilində spirtli içki qəbul ediblər. Bu zaman Məftunə Mehdiyeva Türk vətəndaşının içkisinə yuxugətirici dərman atıb. Ev sahibi yatandan sonra isə onlar niyyətlərini həyata keçiriblər.

Məftunə Mehdiyeva – Saxlanılan şəxs: "Whatsapp" vasitəsilə türklə tanış oldum. 1-ci gün çağırdı, işim oldu gedə bilmədim. 3-cü gün "salam" yazdım, dedi ki, istəsən gələ bilərsən, bu gün evdəyəm. Dedim ki, yanımda da bir dostum var, mənə görə gəlib yanımda qalır, tək qoymayım, gəlsə olar? Dedi ki, problem yoxdur, götür gəl. Mən pivə içdim, pivə bitdi, türk soyuducudan bir pivə də gətirdi içdim".

Günay Əliyeva – Saxlanılan şəxs: "Mən gördüm ki, Məftunə türkün pivəsinə dərman qatdı. Bir az keçəndən sonra türkün vəziyyəti təmiz dəyişdi. Ondan sonra Məftunə şkafda paltarları axtardı. Paltarı axtaranda pul yerə düşdü. Pulun sayını mənə demədi. Mənə 150 dollar pul verdi. Bir dənə "İphone 7", bir dənə də balaca telefon götürdük. Taksiyə oturub evə gəldik".

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir. Bu şəxslərin digər cinayətlərdə iştirakı istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>