“Ovçular evi” ərazisində ağac əkilir

Yasamal rayonuda "Ovçular evi" ərazisində ağac əkilməsinə başlanılıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, sakinlərin məlumatına görə, artıq ərazidə bir neçə şam ağacı əkilib.
Qeyd edək ki, "ovçular evi " ərazisindəki ağaclar aprel ayının 13-də çıxılmışdı. Araşdırmalar nəticəsində məlum oldu ki, ərazidə çoxmənzilli yaşayış evinin tikintisi planlaşdırılır . Sökülən ərazidə "Böyük Plaza" yaşayış və ticarət mərkəzini inşa etmək niyyətində olan isə "A-3 Sənaye Tikinti Korporasiyası" MMC olub. Daha sonra yol verdiyi özbaşınalıqlara görə MMC sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qəti imkan tədbiri seçildi. Bir neçə gün əvvəl Yasamal rayon İcra Hakimiyyəti "Ovçular evi" nin yerində Mədəniyyət və İstirahət Parkının salınacağını bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>