Səidə Sultan canlı efirdən hansı həmkarından bir şans istədi? – FOTO

Yanvarın 7 və 8-də "Oyan, Azərbaycan" proqramının aparıcısı Firuzə Cəlilova Xəzər TV-nin tamaşaçılarının görüşünə fərqli obrazda gəldi. Firanın maraqlı həmsöhbətləri, musiqili sürpriz qonaqları və onlarla yaşanan əyləncəli dəqiqələr, müxtəlif problemlərə dair müxbirlərin verdiyi SOS və "Düzələr" siqnalları, "Haqqım var" mesajı ümidvarıq hədəfinə çatdı. Bundan başqa:

Aysəba Umutlu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim Əs-Süleymi ilə birgə "Səfirlərə səfər" rubrikasında maraqlı mətləblərə toxundu: Səfir danışdı ki, orta məktəbdən bəri hobbisi olub – səhralıqda gəzmək. İndi isə Bakı və regionları gəzir, artıq Qəbələdə, Şamaxıda, Gəncədə, Qubada, Lənkəranda, Hacıqabulda və digər rayonlarımızda olub. Sən demə, Qubanın yaşıllıqları ona Səudiyyə Ərəbistanının cənub regionunu xatırladır.

Özlərini Şaxta baba və Qar qız kimi sınayan müxbirlərimiz Həmid Mahmudov və Lamiyə Əliyevanın küçədə başına nələr gəldi. Onlar niyə şirkətə əliboş döndülər?

"Uşaq nədir, fişəng nədir?" – məsəlini hamımız bilirik. Amma bu günlərdə artıq ənənə halını alan və az qala bayramın rəmzinə çevrilən pirotexniki vasitələrdən istifadə hansı fəsadlara səbəb ola bilər? Bu vasitələr qadağan olunsa da, bəzi işbazlar qanunsuz yolla onları ölkəyə necə gətirir? Bundan "SOSium"da Sərvər Abdullayev hamını agah etdi.

Niyam Səlami, Səidə Sultan və Nurlan Növrəsli tamaşaçıların səhər əhvalına daha da xoş ovqat qatdılar. Səidə Sultan Fransadan yenicə döndüyünü deyərək, təəssüratlarını bölüşdü. Niyam Səidəni ən etibarlı, fədakar dost kimi xarakterizə edərək, onunla istənilən sınağa cəsarətlə yollana biləcəyini dedi. Amma cütlük Firanın "Tapmaca"sının bəzi sualları qarşısında aciz qaldılar. Musiqili cütlük populyar "Bir şans ver" mahnısını ifa etdilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bayram günlərində yollarımızda baş verən qəzalardan danışdı.

AZPROMO-nun prezidenti Rüfət Məmmədov "Made in Azerbaijan" brendiinin təşviqinə dair ətraflı məlumat verdi.

Qeyd edək ki, trend.az, day.az, milli.az -ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadır. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>