“WhatsApp”dan bir pis, iki yaxşı xəbər:

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki yaxşı xəbər var.

Milli.Az bildirir ki, Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, "WhatsApp" bu gündən etibarən "iPhone 3GS"-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.

Bundan əlavə, "WhatsApp"a iki maraqlı yenilik edilib. Bunlardan biri, şəkillərin göndərilməsi zamanı qoyulan limitlə bağlıdır. Belə ki, artıq istifadəçilər bir-birlərinə 30 şəkli eyni anda işarələyib göndərə biləcəklər (Əvvəllər 10 dənədən artıq şəkil göndərmək mümkün deyildi).

İkinci yenilik isə İnstaqram-da olan "Store" özəlliyinə bənzəyir. Belə ki, artıq "WhatsApp"da da buna bənzər funksiya olacaq və yüklənən şəkillər İnstaqram və Facebook-dan fərqli olaraq 24 saatdan sonra silinməyəcək.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>