“Hamiləliyim ağır keçməsəydi, beş uşaq doğardım” – FOTO

Müğənni Demet Akalının iki gün əvvəl təqdim etdiyi "Ah Ulan Sevda" klipi internetdə 1 milyondan çox izlənilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni şəxsi həyatı və yaradıcılığı ilə bağlı müsahibə verib.

Çox yaxşı yemək bişirdiyini deyən Demet belə deyib:

"Evli olmadığım vaxtlarda həyat yoldaşımın qəlbini fəth etmək üçün çox yemək bişirərdim. Əvvəllər aşpaz kimiydim. İndi mətbəxə nadir hallarda girirəm".

Müğənni mahnı seçimində həssas olduğunu söyləyib:

"Mahnı seçimində çox həssasam. Yaxşı mahnı olsa, hətta həyat yoldaşımı evdə qoyub gecə yarısı çıxıb gedərəm".

Ana olduqdan sonra həyatında baş verən dəyişikliklərdən də söz açıb:

"Əvvəllər mətbuatda kimsə mənim haqqımda danışanda, atmaca atanda tez bir zamanda cavabını alırdı. Amma indi belə şeylərə fikir vermirəm. Uşaq sahibi olandan sonra, həqiqətən, həyat dəyişir.  Hamiləliyim ağır keçdi, yoxsa beş uşaq doğardım. İndi tibb inkişaf edib, 64 yaşında da uşaq sahibi ola bilərsən, amma o yaşda da enerjim qalmaz".

6 ildir evli olan Demet əri ilə olan münasibətlərindən də bəhs edib:

"Xüsusilə, valideyn olduqdan sonra artıq çox şey dəyişib. Elə bil ki, 60 yaşındayıq. Əvvəllər tez-tez evdən çıxardıq, yeməyə, gəzməyə gedərdik, amma uşaq o qədər yorur ki, indi, sadəcə, yorğanın altında film izləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>