Şok kadrlar: bayram faciəyə çevrildi – VİDEO – FOTO

Hindistandakı siqhlərin ekstremal, ölüm riski həddindəki şouları dünyada məşhurdur. Onlar başlarında daş sındırır, şüşə gəmirir, hündürlükdən qılıncların üstünə atılırlar.

Fəqət, belə trüklər həmişə uğurla sonuclanmır.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Hindistanın Mumbay şəhərində siqhlərin ekstremal attraksion şoularından biri faciə ilə başa çatıb.

Siqhlərin festivalı sayılan bu attraksionda bir sikh gözləri bağlanandan sonra əlindəki gürzlə yerdəki meyvələri əzirdi. Onun qarşısında yerə uzanmış həmkarı vardı. Şou gürzlü siqhin gözübağlı olmasına rəğmən, sərrast zərbələr nümayiş etdirməsindən ibarətdi.

Əligürzlü siqh bu dəfə sərrast olmayıb və gürzlə yerdə uzanmış həmkarının başına güclü zərbə vurub.

Zərbə almış siqh çox ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Onun vəziyyəti kritikdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: bayram faciəyə çevrildi

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>