"Azərbaycan Hava Yolları" (AZAL) QSC yanvarın 9-dan etibarən Bakı-Gəncə aviareysi ilə uçuşları dayandırıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətindən məlumat verilib.
AZAL-dan reysin bağlanmasını onun iqtisadi baxımdan qeyri-effektivliyi ilə izah ediblər.
Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi.
Milli.Az
Mənbə: milli.az