Süni intellekt qəzaların qarşısını alacaq

Las-Veqasda keçirilən "CES-2017" istehlak elektronikası sərgisində "Toyota" şirkəti yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün nəzərdə tutulan "Concept-i" avtonom avtomobil prototipini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiya istehsalçısı sürücülərə kömək üçün "Yui" ("mehriban ünsiyyət") süni intellekt interfeysini hazırlayıb. Bu məqsədlə "Concept-i" "Sürücü" və "Mühafizəçi" adlanan iki elektron sürücü köməkçisinə malikdir. Onların hər ikisi yoldakı vəziyyətə nəzarət edərək zərurət yarandıqda qəzanın qarşısını almağa kömək üçün avtomobilin idarəetmə prosesinə müdaxilə edir. Bu, mahiyyət etibarilə süni intellektlə idarə edilən və öz-özünə öyrənmə funksiyalı adi təhlükəsizlik sistemi dəstidir.

"Yui" sistemi sürücünün vərdişlərini və nəyə daha çox üstünlük verməsini yadda saxlayaraq onlara uyğun işləyir. İnterfeys daha yaxşı səfər marşrutlarını əvvəlcədən müəyyənləşdirir, iqlim və musiqini qurur. "Concept-i" faralarla ətrafdakı insanlara göz vura və siqnalları bortda yazılarla təkrarlayaraq göstərə bilir.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>