2 dəfə uzana bilən tranzistor yaradılıb

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış tranzistor dartılmaq qabiliyyətinə malikdir və bu halda keçiricilik qabiliyyətinin çox hissəsini özündə saxlayır. Alimlərin fikrincə, belə tranzistor daşınan elektron qurğuların yaradılmasında olduqca faydalı ola bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər izah edirlər ki, istehsal xərclərinin yüksək olması ilə əlaqədar elastik tranzistorlardan istifadə azalsa da,  onlara maraq azalmayıb. İndi alimlər tranzistorun yaradılması üçün silisium əvəzinə, polimerdən istifadə ediblər ki, tranzistoru yalnız əymək deyil, həm də uzatmaq mümkün olsun.

Tranzistorun tərkibi "SEBS" elastik polimerinin içinə daxil edilmiş "DPP-TT" yarımkeçirici polimerindən ibarətdir. İdeya ondan ibarətdir ki, bu polimerlər bir-birinə mane olmadan fəaliyyət göstərirlər. Nəticədə elastik, nazik plyonkalı tranzistor yaradılıb və onu minimum xərc sərf etməklə otaq temperaturunda printerin köməyi ilə istehsal etmək mümkündür.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>