“Bezmişəm! Belə getsə qaçacam” – Əməkdar artist – FOTO


26 ildə çox şeyə dözmüşəm.

Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Nicat Kazımov sosial şəbəkə hesabında yazıb.

Aktyor, rejissor bunları qeyd edib:

"Dözmüşəm. Sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm!
Amma artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlərdən, sənətdə kar olan "sənətkarlardan", işi – gücü intriqa olan nadürüstlərdən, kimi isə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan, BEZMİŞƏM. Belə getsə, QAÇACAM, MÜTLƏQ QAÇACAM!"

Qeyd edək ki, Nicat Kazımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində çalışır.

Təhməz Təkin
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>