Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında daxili birinciliklərin bitmə vaxtı müəyyənləşib.

Qərara əsasən, 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar yekunlaşmalıdır. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər.
Ali futbol qurumu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı səbəbindən bu addımı atıb. Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

Qeyd edək ki, FİFA-nın son iclasında 2026-cı ildən etibarən dünya çempionatlarında 48 yığma komandanın iştirak edəcəyinə dair qərar qəbul olunub. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>