Günay: “Bunu edənlər qanun qarşısında cavab verəcəklər” – FOTO

Müğənni Günay İbrahimlin haker hücumuna məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin 734 min izləyicisi olan İnstaqram profili ələ keçirilib.

İbrahimli mövzu ilə bağlı açıqlama yayıb:

"Hörmətli media nümayəndələri, mənim pərəstişkarlarım. Mənim 743 minlik İnstaqram profilim bir neçə saat bundan əvvəl hakerlər tərəfindən ələ keçirilib. Bu məlumatı ona görə sizə bildirirəm ki, profilimin yoxluğu hər kəsi narahat edib.

Mövzu ilə bağlı bizə çox müraciət edirlər, narahatlığını dilə gətirirlər. Hazırda komandam hesabımı geri qaytarmaq üçün əlindən gələni edir. Bununla bağlı sosial şəbəkə idarəçiliyinə müraciət olunub. İnanırıq ki, hər şey öz həllini tapacaq. Həmçinin bunu edən şəxslər qanun qarşısında cavab verəcək. Diqqətinizə görə təşəkkür edirik".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>