Əhali banklardan dollar alışını azaldıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2016-cı ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 49,54 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib. Oktyabr ayında xalis satış bundan təxminən 1,9 dəfə çox – 94,54 mln. dollar olub.

Ümumiyyətlə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə xalis dollar satışı 425,081 mln. dollar təşkil edib.
Əvvəlki ilin noyabrında isə bankların əhaliyə xalis dollar satışı 377,884 mln. dollar olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda ABŞ dolları ilə müqayisədə yenidən zəifləməsi ilə bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il dekabrın 1-nə 11 182,4 mln. dollar və ya 73,6% azalaraq 4 011 mln. dollara qədər enməsinə səbəb olub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>