Rəşad İlyasov: “Məni elə qəşəng geyindirir ki…” – FOTO

"Mənim stilistim Gülnarə İlyasovadır, xanımımdır. Məni elə qəşəng geyindirir ki…"

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Rəşad İlyasov deyib. 

İfaçı bildirib ki, onun stilisti xanımıdır:

"Mən çox pul xərcləyib, az nəticə əldə edirəm. Amma o elə düz-qoş edir ki, gözəl alınır. Əslində xanımım modelyer yox, həkimdir. Sadəcə bu işi bilir. Mən ona, o da mənə məsləhət veririk".

Yaradıcılığından danışan R.İlyasov bildirib ki, yeni mahnılar hazırlayır:
 
"Toylarda çox eşidilən bir fars mahnısı üzərində işləyirəm. 1980-ci ildə onu Nisə Qasımova da oxuyub. "Cahargah" muğamı üstündədir. Hər zaman bu mahnıları tədbirlərdə oxuyanda görürük təlabatlıdır. Ona görə də qərar verdim ki, onu repertuarıma daxil edim. Bir də Mikayıl Vəkilov mənim üçün yeni mahnı yazıb. Hazırda onun üzərində çalışıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>