“Transneft” Azərbaycandan nəqli bərpa edib

Bu gün Rusiya vaxtı ilə saat 10 radələrində "Transneft" "Şirvanovka" stansiyasından Azərbaycan neftinin nəqlinə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Transneft" şirkətinin prezidentinin müşaviri İqor Demin bildirib.

Şirvanovka stansiyasından nəql olunan neft Dağıstan üzərindən ixraca yönəlir.
 
Ötən gün "Transneft" şirkətinin yaydığı məlumatda deyilir ki, Azərbaycandan neft nəqli dayandırılıb. Buna Mahaçqala ərazisində aparılan təmir işləri səbəb olub. Maraqlıdır ki, İ. Demin nəqlin üç günlük dayandırıldığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>