Stratfor: “Astana və Minsk KTMT-nin yeni baş katibi kimi erməni namizədi qəbul etməyə hazır deyil”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) güclü vasitəyə çevrilə bilmədi, çünki üzv ölkələr arasındakı fikir ayrılıqları hərbi blokun effektivliyini məhdudlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Stratfor" analitik mərkəzinin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, dekabrın 26-da keçirilmiş sammit üzvlər arasında fikir ayrılığının nə qədər güclü olduğunu göstərdi. Həmin toplantı zamanı təşkilatın yeni rəhbəri ilə bağlı razılıq əldə olunmamışdı.

Məqalədə KTMT-nin son sammitlərində Qazaxıstan və Belarus nümayəndələrinin iştirak etmədiyi də vurğulanıb.

"Onların iştirak etməməsi, ehtimal ki, təsadüfi deyildi. Bəzi məlumatlara görə, Rusiya qurumda baş katiblik postunu Ermənistana vəd edib. Amma Qazaxıstan və Belarus Azərbaycanla sıx əlaqələrə malikdir və bu ölkələr KTMT-nin yeni baş katibi qismində erməni namizədi qəbul etməyə hazır deyillər".

Məqalədə həmçinin yaxın ayların bu blok üçün asan olmayacağı qeyd olunur. Buna səbəblərdən biri kimi, Dağlıq Qarabağ məsələsi göstərilir.

KTMT-nin növbəti sammitində qurumun yeni baş katibinin namizədliyi müzakirə olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>