30 min dollar qiyməti olan qeyri-adi masa

Evində klassik tərzdən çox, müasir bir görünüşə üstünlük verənlər üçün havada dayanmaq kimi bir hiss verən masa istehsal edildi. Təbii ki, bu masaya sahib olmaq üçün yüksək bir ödəniş ödəmək lazımdır.

Siren Design Studios tərəfindən istehsal olunan bu qəhvə masası insanda ilk baxışdan "Nə ehtiyac var ki belə bir masaya?" sualını yarada bilər. Müasir dizaynlara maraq göstərən insanlara xitab edən masa, maqnetik sistem sayəsində, həqiqətən də, havada dayana bilir. Masada alt və üst lövhələr arasındakı bağın zəmanət altına alınması üçün isə elastik kabellərdən istifadə edilib. Beləliklə də, qəhvə masasına ayağınızı qoyduğunuzda masa o istiqamətə doğru əyilir, lakin havada qalma xüsusiyyəti pozulmur.

Qeyri-adi dizayna sahib olan bu qəhvə masasına sahib olmaq üçün isə istifadəçilər böyük məbləğdə pul ödəməli olacaqlar. Bu qiymət nə az, nə çox düz 30 min dollardır. Onu da nəzərinizə çatdıraq ki, sifarişi verdikdən sonra ən azı bir ay gözləməli olacaqsınız.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Кому нужен парящий столик за 30 тысяч долларов

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>