Rusodan erotik klip – FOTO + VİDEO

erotik

Açıq-saçıq geyimdə rəqs edən qızlar…

Mərhum bəstəkar, Azərbaycanın xalq artisti Emin Sabitoğlunun müəllifi olduğu qeyd olunan mahnıya erotik klip çəkilib.

Oxu.Az-ın məlumatına görə, Youtube-da yayımlanan müğənni Rusonun ifa etdiyi “Ay gecə” adlı mahnıya çəkilən klipin anonsları diqqət çəkib. Belə ki, açıq-saçıq geyimlərdə rəqs edən gənc kollektivlərdən və daha çox erotik görüntülərdən ibarət klipin anonsunda diqqət çəkən əsas məqamlardan biri 20-ci əsrin 80-ci illərinin gəncliyi ilə günümüzün gəncliyi arasında olan geyim və rəqs fərqidir.

Qısa araşdırma zamanı məlum olub ki, Rusonun ifa etdiyi “Ay gecə” mahnısının musiqi müəllifi bəstəkar Emin Sabitoğlu deyil. Mahnının əsl müəllifi Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında 1987-ci ildə çəkilən eyniadlı filminin bəstəkarı və mahnının ilk ifaçısı olan Qasım Xəlilovdur.

Erotik görüntülərdən ibarət çəkilən klipin anonsunda digər nəzərdən yayınmayan məqam isə mahnının sözlərinin müəllifinin Həsən Ağayevin olmasıdır. Amma mahnının sözlərinin əsl müəllifi Azərbaycanın xalq şairi Nəbi Xəzridir. Onu da bildirək ki, mahnının sözlərində əlavə və dəyişiklik olub.

Mövzu ilə bağlı araşdırmalar davam edir.

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>