Şəhidimiz dəfn olundu

Atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Ötən gün Goranboyun Tapqaraqoyunlu kəndində şəhid olan şəhidimiz bu gün izdihamın müşaiyəti ilə son mənzilə yola salınıb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, ordumuzun müddətdən artıq hərbi xidmət keçən əsgəri, 1988-ci il təvəllüdlü Səbuhi Rafayıl oğlu Musayevin Bərdə rayonunun Mustafaağalı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və hərbi qulluqçular iştirak ediblər.

"Qardaşım oğlu ilə fəxr edirəm. O, ürəklə getdi həlak oldu. Vətən sağ olsun", - deyə şəhidin əmisi Adil Musayev bildirib. Onun tabutunun büküldyü üçrəngli bayrağımız şəhidimizin atasına verildi. Onun şərəfinə yaylım atəşi açılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>