1-ci sinif şagirdi: “Onlara nifrət edirəm”

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı faciəsindən 24 il ötsə də, xalqımızın yaddaşından silinmir, unudulmur.
Amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən bu qətliam daima təbliğ edilərək gələcək nəslə aşılanır. Xocalı faciəsi haqqında həqiqətlərin təbliğ olunması, yaddaşlarda yaşadılması üçün dövlətimiz mühüm tədbirlər görür. Lakin bununla yanaşı, fərd olaraq hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Hər birimiz öz ailəmizdə övladlarımızı düzgün tərbiyə etməli, tariximizi onlara düzgün çatdırmalıyıq. Bu, dövlətimiz qarşısında müqəddəs borcumuz və vəzifəmizdir.
Tariximizin öyrədilməsi və düşmənimizin tanıdılmasında isə əsas rolu məktəblər oynayır. Hal-hazırda hətta 1-ci siniflərdə belə tarixi hadisələrin təbliği prosesi aparılır. İlkin məlumatlar verilir. İşğal altında olan torpaqlarımızın ələ keçirilmə tarixi əzbərlədilir. Soyqırım nəticəsində şəhid olanların ruhu dərsə başlamazdan əvvəl bir dəqiqəlik sükutla yad edilir. Bu mövzu ilə əlaqədar rəsm müsabiqələri keçirilir. Müəllimlər dərsdə ancaq bu mövzulardan danışaraq şagirdlərdə vətənpərvərlik hisslərini aşılayırlar. 


Sabunçu rayonu 80 nömrəli məktəbin 1-ci sinif şagirdi Məhəmmədli Murad ilk dəfə Xocalı haqqında ətraflı məlumatı əlifbanı öyrənərkən alıb. O, bildirib ki, müəlliməsi "x" hərfini öyrənərkən Xocalı soyqırımı barəsində ətraflı məlumat verib. Məhəmmədin sözlərinə görə, müəllim xalqımıza qarşı törədilən faciənin tarixini yadda saxlamağın vacib olduğunu deyib.

"Xocalı Azərbaycanın gözəl yerlərindən olub. Düşmənlərimiz olan ermənilər bu torpaqları bizdən almaq istəyiblər. Onlar 1992-ci il fevralın 26-da tanklarla şəhərə hücum ediblər. Çoxlu insan öldürüblər. Uşaqları güllələyiblər. Şəhəri yandırıblar. "Ermənilər bizim düşmənimizdir. Müəlimimiz həmişə deyir ki, onlar bizim torpaqlarımızı işğal ediblər. Mən onlara nifrət edirəm, böyüyüb onları öldürmək istəyirəm", - deyən 7 yaşlı Murad Xocalı soyqırımına aid şəkil də çəkib. 
Digər məktəbin 1-ci sinif şagirdi isə, qərənfil aldığını və Xocalıya həsr olunmuş şeir əzbərlədiyini deyib. O da düşmənlərimizə nifrət etdiyini bildirib. 
Xocalı faciəsi baş verdiyi zaman dünyaya belə gəlməyən bu şagirdlərin fikrlərindən məlum olduğu kimi, ermənilər tərəfindən törədilən dəhşətli soyqırım hətta xalqımızın azyaşlılarının da yaddaşına həkk olunub. 
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb. Onlardan 150 nəfərin taleyi indi də məlum deyil. 

Bəxtiyar Umarlı 
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>