Aysel Nazim Türkiyə səfərindən danışdı – FOTO

Tanınmış aparıcı-aktrisa Aysel Nazim bu yaxınlarda Türkiyə səfərindən qayıdıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, eksklüziv müsahibədə Aysel Nazim bizə səfərdə baş tutanlarla bölüşüb. İlk öncə Türkiyənin gözəl bölgəsi Alaniyada olub və orada bir sıra görüş keçirən Aysel Nazim Alaniya Bələdiyyə başkanı Adem Murat Yücellin qonağı olub və başkan haqda reportaj hazırlayıb. Reportaj zamanı başkan Alaniyanın tarixi və turizm sahələrindən bəhs edib və Azərbaycan haqqında böyük maraqla fikirlərini bölüşüb. Bundan başqa Alaniyada Aysel Nazim lüks tipli yaşayış kopleksi ilə tanış olub.

İstambulda isə Aysel Nazim dostu olan tanınmış mügənni Barış Kömürçüoglu ilə görüşüb. Çoxsaylı görüşlər içində ən yaddaqalan isə Barış Mançonun kliplərinin rejissoru, dostu və Türkiyənin tanınımış televizyonçusu Erkmen Sağlamın evində qonaq olub. Və bu ziyarət zamanı Erkmen Sağlam Aysel Nazimə birlikdə edəcəkləri yeni telelayihəni təqdim edib. Yaxın zamanlarda bu haqda daha geniş məlumat verəcəyik.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>