Messi mükafatlandırıldı (FOTO)


“Barselona”nın argentinalı ulduzu Lionel Messi daha bir mükafat alıb.

ANS PRESS-in məlumatına görə, beş dəfə “Qızıl top”u qazanan Messi İspaniyada ayın oyunçusu seçilib.

Yanvarda meydana çıxdığı 5 qarşılaşmada 6 qol vuran Messi ilk dəfədi ki, bu mükafata layiq görülür. “Real”ın futbolçusu Kriştiano Ronaldo isə 2 dəfə ayın oyunçusu seçilib. Sözügedən mükafat 2013-2014 mövsümündən etibarən verilir. 22 dəfə mükafat öz sahibinə təqdim olunub.

Dünən isə Lionel Messi dünyanın ən bahalı avtomobilini alması ilə bağlı xəbərləri özünə məxsus usulda cavablayıb. Argentina yiğmasinin üzvü “Facebook” səhifəsində oyuncaq maşınla şəklini “Aldığım dedikləri avtomobil budur” başlığı ilə paylaşıb. Bununla Messi bir neçə gün öncə onun Parisdə keçirilən həraccda 1957-ci il model “Ferrari 335 S Spider Scaglietti” avtomobilini 32 milyon avroya aldığı iddialarına cavab vermiş olub.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/ru_RU/sdk.js#xfbml=1&version=v2.3″; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

¡El nuevo auto que dicen que compré! 󾌩The new car they say I bought! 󾌴󾌴- LIO

Опубликовано Leo Messi 11 февраля 2016 г.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə avtomobil sərgisində dünyanın ən bahalı avtomobili satışa çıxarılıb. 1957-il istehsalı olan Ferrari “335 S” markalı avtomobil 32 milyon avroya satılıb. İlkin olara 20 milyon avroya satışa çıxarılan avtomoibil 32 milyona auksiyondan çıxarılıb. Avtomobili kimin aldığı bəlli olmasa da auksiyon təşkilatçıları avtomobili məşhur futbolçulardan birinin aldığını bildirib. Məhz bu açıqlamanın ardından ağla gələn şəxlər Messi və Ronaldo olub.


Satılan maşın

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>