“Neftçi”nın minimal hesablı qələbəsi (FOTO)


Bu gün iki qarşılaşma ilə Azərbaycan Premyer Liqasının XXI turuna start verilib.

ANS PRESS-in məlumatına görə, günün ilk oyununda Bakı klubları AZAL və “İnter” qarşılaşıb.

Bu komandaların oyununda qol olmayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Günün ikinci oyunu “Böyük oyun”la əlamətdar olub. “Neftçi” və “Xəzər Lənkəran” cari mövsümün üçüncü oyununu keçirib. 90 dəqiqə ərzində qapılara bir qol vurulub. 86-cı dəqiqədə fərqlənən Elşən Abdullayev “Neftçi”yə qələbə qazandırıb.Bununla da “Xəzər Lənkəran”ın qələbəsiz oyunlar seriyası 10-a çatıb. Lənkəranlılar sonuncu dəfə ötən ilin noyabrında “Rəvan”ı udub.

Bu “Neftçi” və “Xəzər Lənkəran” arasında Premyer Liqadakı 36-cı oyun olub. Əzəli rəqiblərin qarşılaşmaları daha çox heç-heçələrlə zəngin olub – 15 oyun. “Nefçi” 14 qələbə qazanıbsa, “Xəzər Lənkəran” 7 dəfə 3 xala sevinib. Top fərqində də “ağ-qaralar”ın üstünlüyü var – 40:29. “Neftçi” 11 oyundu ki, əzəli rəqibinə uduzmur. Paytaxt klubu son 10 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 14 səfər matçında qalib gələ bilməyib.

Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar ertəsi baş tutacaq.

Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXI tur

13 fevral
AZAL – “İnter” 0:0

“Neftçi” – “Xəzər Lənkəran” 1:0
Qol: Elşən Abdullayev, 86.

14 fevral (bazar)

“Kəpəz” – “Qarabağ”
“Qəbələ” – “Sumqayıt”

15 fevral (bazar ertəsi)

“Zirə” – “Rəvan”

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>