Özil “Barselona”ya keçə bilər (FOTO)


Əslən türkiyəli ulduz futbolçu Məsut Özil 3 ildən sonra İspaniya çempionatına qayıda bilər.

ANS PRESS-in məlumatına görə, “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özil “topçular” ilə yeni müqaviləni imzalamaq istəmir. Məlumata görə, futbolçu İspaniyanın “Barselona” klubuna keçə bilər. Artıq Kataloniya klubunun nümayəndələrinin Özilin meneceri ilə görüşdüyü bildirilir.

“Arsenal” da Almaniya millisinin üzvünə yeni müqavilə təklif etməyə hazırlaşır. Hələlik futbolçu karyerası ilə bağlı qərar verməyib. Özilin “Arsenal”dla 2018-ci ilə qədər müqaviləsi var.


Məsud Özil – “Real Madrid”də

Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud, Türkiyə milli futbol komandasının dəvəti ilə verdiyi açıqlamada “özümü bir alman kimi hiss edirəm” ifadəsi ilə bu təklifi rədd edərək, formasını geymək istədiyi Almaniya milli futbol komandasının təklifini seçib. Bu qərarı aldıqdan sonra futbolçu sosial şəbəkədəki səhifəsində sıx təhqir ismarışları almağa başlayıb. Səhifəni bir müddət bağlayıb, sonradan isə bərpa edib.

Məsud 2014-ci ildə Almaniya yığması ilə dünya çempionu olub. O, 2010-ci ildə “Verder” Bremendən “Real Madrid” klubuna transfer olunub. 2013-cü ildə isə “Arsenal” klubuna transfer olunub.

“Arsenal” İngiltərə çempionatında 54 xalla 3-cü pillədədir. Komanda liderdən 5 xal geridədir.


İngiltərə çempionatın turnir cədvəli

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>