İran neftinin qiymətini açıqladı


Qərbin sanksiyaları ləğv edildikdən sonra İran Avropaya satacağı neftin qiymətini elan edib. ANS PRESS-in məlumatına görə, bu barədə “Bloomberg” xəbər yayıb..

“Iran Heavy” neftinin bir bareli Səudiyyə Ərəbistanın neftindən 1.25 dollar ucuz olacaq. “İran bazarda sabit pay alana qədər qiyməti aşağı saxlamaq niyyətindədir. Ölkə çox qısa vaxt ərzində beynəlxalq bazara tədarükünün artırılması üçün çalışır”, – deyə “Qamar Energy” baş direktoru Robin Mills bildirib.


Bijən Zəngənə – İranın neft naziri

Qərbin sanksiyaları dayandırmasından sonra İran Avropaya gündə 300 000 barrelə qədər xam neft ixrac etməyi planlaşdırır. Bu barədə “Wall Street Journal” İranın neft naziri Bijan Zəngənəyə istinadən bildirib. İran ilk dəfə rəsmi olaraq Avropaya neft ixracı barədə ehtimal etdiyi rəqəmi səsləndirib. 2012-ci ildə əksər qərb ölkələri nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiyalar elan edənə qədər Avropa İran üçün ən vacib bazar idi. Zəngənə bildirib ki, növbəti bir neçə ay ərzində İran Asiya ölkələrinə nəql hesabına neft ixracatını gündə 500 000 barrelə qaldırmağa cəhd edir.

İran 2016-2017-ci illər üçün dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan hesablayıb. Bu barədə İranın neft naziri Bijən Zəngənə bildirib. Onun sözlərinə görə, növbəti il üçün xam neftin qiyməti neft bazarındakı dəyişiklikdən asılı olacaq.Səudiyyə Ərəbistanı isə 2016-cı il üçün dövlət büdcəsində neftin baza qiymətini 29 dollardan götürüb.


İran

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>