Ərəblərdən 500 milyon dollarlıq təklif (FOTO)


Braziliyalı hücumçu Neymara Fransadan yüksəkməbləğli təklif gəlib.

ANS PRESS-in məlumatına görə, PSJ klubunun prezidenti ərəb milyarderi Nəsir Əl-Xələfi “Barselona” klubunun futbolçusu üçün toplam olaraq 500 milyon dollarlıq (782 milyon 950 min AZN) təklif edib.

Neymar Paris təmsilçinin təklifini qəbul edəcəyi təqdirdə, ilinə 40 milyon avro (70 milyon 736 manat AZN) qazanacaq. Bu məbləğ PSJ-nin kapitanı Zlatan İbrahimoviçin maaşından 23.8 milyon avro çoxdur.

PSJ-nin “Barselona”ya təzminat qiyməti olaraq 190 milyon avro ödəməyə hazır olduğu bildirilib. “Barsa” rəsmiləri isə hələlik fransızların təklifinə cavab verməyib.

Əlavə edək ki, “Barselona”nın daha bir ulduz futbolçusuna yüksəkməbləğli təklif gəlib. Türkiyə yığmasının kapitanı Arda Turana Çin klubu “Şanxay SİPG” 100 milyon dollarlıq təklif gəlib. Futbolçunun özünə isə çinlilər illik 20 milyon avro təklif edmək fikrindədir.


Arda Turan – futbolçu

Neymar 2013-cü ildə “Santos” klubundan “Barselona”ya transfer olunub. Neymar “Barselona” ilə 6 trofey qazanıb. Bunlar İspaniya çempionatı, İspaniya kuboku, Çempionlar liqası, Klublararası dünya çempionatı, İspaniyanın super kuboku və UEFA-nın superkubokudur.


İspaniya çempionatının turnir cədvəli

“Barselona” bu mövsum İspaniya çempionatının turnir cədvəlində liderdir. Komandanın 22 oyundan sonra 54 xalı var.

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>