18 yaşlı gəncə inanılmaz qiymət (FOTO)


Portuqaliyanın “Benfika” klubu gənc futbolçusu Renato Sançesin qiymətini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, 18 yaşlı yarımmüdafiəçini əldə etmək istəyən klub 80 milyon avro xərcə düşəcək.

18 yaşında olmasına baxmayaraq portuqaliyalı futbolçu adından söz etdirə bilib. Perespektivli oyunçu ilə artıq “Real”, “Barselona”, “Mançester Yunayted”, “Bavariya” kimi nəhəng klublar ciddi marağlanır.

Əvvəlcə onun müqaviləsinə “başqa kluba keçmək üçün 30 milyon avro ödənməlidi” maddəsi salınmışdı. Bir müddət əvvəl bu məbləğ 45 milyona qaldırılmışdı. İndi isə 80 milyonadək artırılıb. Bununla da Renato Portuqaliya çempionatının ən bahalı oyunçusuna çevirilib.


Renato Sançes

Portuqaliya mətbuatı “Mançester Yunayted” və “Benfika” klublarının Renatonun satılması barədə razılığa gəldiyini qeyd edib. İngilislər 18 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə edib. Bildirilir ki, “yeni Ronaldinyo” kimi təqdim olunan futbolçu üçün Mançesterdə ev axtarışına başlanıb.

“Mançester Yunayted” rəsmiləri gənc istedad bir neçə dəfə canlı olaraq iş başında izləyib. Renato ingilis skautlar tərəfindən fiziki cəhətdən çox güclü yarımmüdafiəçi kimi qələmə verilib. Futbolçunun universallığı da ingilislərin işinə yarayır. Renato Sançes vinger, pleymeyker və dayaq yarımmüdafiəçisi kimi oynaya bilir.

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>