Azərbaycanın rəqibi bilindi (FOTO)


Bu gün Serbiyanın paytaxtı Belqradda futzal üzrə “DÇ-2016″nın pley-off oyunlarında üz-üzə gələcək komandalar üçün püşkatma mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, 14 komanda arasında Azərbaycan yığması da vardı.

Azərbaycan pley-offdakı rəqibinə qalib gələcəyi halda tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaq. Yığmamızdan başqa Ukrayna, Macarıstan, Belarus, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiya da pley-offdakı rəqibini gözləyirdi.


Azərbaycan millisi

Püşkatma zamanı əsas mərhələdə qrup qalibi olan komandalar ikinci yeri tutan komandalarla qarşılaşacaqdılar. Həmin vaxt eyni qrupda yer almış kollektivlər bu dəfə bir-birinə rəqib ola bilməyəcəkdilər. Püşk nəticəsində Azərbaycan Hollandiya ilə düşüb. Pley-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də keçirilməsi nəzərdə tutulub. 7 qalib komanda bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək dünya çempionatında Avropanı təmsil etmək hüququ qazanacaq.


Faustino Peres – Azərbaycan millisinin baş məşqçisi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Faustino Perez “DÇ-2016″nın “play-off” mərhələsinin püşkünün nəticəsini dəyərləndirib. İspaniyalı mütəxəssis şansları bərabər hesab etdiyini deyib: “Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə – bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.

Play-off bu cütlüklər qarşılaşacaq:
Sloveniya – İspaniya
Slovakiya – Ukrayna
Polşa – Qazaxıstan
Serbiya – Portuqaliya
Belarus – Rusiya
Hollandiya – Azərbaycan
Macarıstan – İtaliya

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>