Dünya çempionu istefaya göndərildi (FOTO)


İtaliyalı əfsanəvi müdafiəçi Fabio Kannavaro istefaya göndərilib. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanın “Al-Nasr” klubunun baş məşqçisi Fabio Kannavaro işindən azad olunub.

42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Bu barədə “Al-Nasr” klubunun “Twitter” səhifəsində məlumat yayılıb.


“Al-Nasr” klubunun səhifəsi

Kannavaro ötən ilin oktyabr ayında “Al Nasr” klubun baş məşqçisi olub. Klub Səudiyyə Ərəbistan çempionatında 16 turdan sonra 6-cı pillədədir. Əvvəl Kannavaro “Al Əhli” və Çinin “Quançjou” klubunun baş məşqçisi olub.

İtalyanın ən keyfiyyətli müdafiə oyunçularından biri olan Kannavaro futbol həyatına “Napoli”də başlayıb. Daha sonra “Parma” transfer olan Fabio, burdaki müvəffəqiyyətli performansıyla böyük komandaların diqqətini çəkib. “Parma”dan “Inter” Milana oradan da “Yuventus”a transfer olub. F, Kannavaro 2006-cı ildən 2009-ci ilə kimi “Real Madrid”də oynayıb.


Fabio Kannavaronun ailə şəkli

2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. “Qızıl Top”un sahibidir.

Mənbə: anspress.com

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>